Amma buna baxmayaraq, tərəflər yeni müqavilə üçün razılığa gəlmək üzrədirlər və onsuz da, Rosberqin keçmə ehtimalı olan Ferrari də Kimi Rəykkönen ilə yola davam edəcəklərini açıqlayıb.
F-1.az xəbər verir ki, komandanın rəhbəri Toto Volff Silverstounda bu barədə danışıb: “Niko ilə danışıqlar davam edir və ümid edirəm ki, bu danışıqlar tezliklə müsbət nəticələnər. Gələn il də indiki pilotlarımızla yarışacağımıza şübhə etmirəm. Bunun 100% belə olacağını deyə bilmərəm. Çünki sabah nəyin baş verəcəyini bilmirik. Amma mən onunla davam edəcəyimizə əminəm”.