T.Volff: “Rosberq ilə müqavilə alınmasa, digər alternativlərə baxacayıq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, əgər onlar gələn il üçün Rosberq ilə müqavilə imzalaya bilməsələr, digər alternativlərə baxacaqlar.

F-1.az bildirir ki, Rosberqin müqaviləsi ilin sonunda başa çatır və indiyə kimi hər iki tərəf də yeni müqavilə üçün danışıqlara başlamayıblar. Belə bir düşüncə var ki, Rosberq maaşının artırılmasını istəyir və Həmiltonun aldığı məbləğə yaxın maaş istəyir. Buna görə də müqavilə gecikir.

Mercedes isə bu mövzuda o qədər də istəkli deyil. Bu barədə Toto Volff danışıb: “Hazırda əsas hədəfimiz Niko ilə davam etməkdir. Ancaq razılaşa bilməsək, o zaman başqa sürücülər barədə düşünəcəyik. Biz bilirik ki, ən güclü bolidə, ən güclü komandaya və gələn il üçün ən yaxşı mövqeyə sahibik. Niko əsas bunu düşünməlidir. Eyni zamanda biz də onun nəyə qadir olduğunu bilirik”.

Mercedes-də yerlərdən biri boş olsa, Alonso kimi yüksək səviyyəli sürücülər oraya iddia edə bilərlər. Bəs Fettel o yerə iddia etsə, necə olar?

Toto Volff: “Ona da son illərdə digərlərinə dediyimi dedim. Əvvəlcə, hazırkı sürücülərimiz ilə danışmalıyıq. Onlarla razılığa gələ bilməsək, onda digər alternativlərə baxa bilərik”.

Jurnalistlər Toto Volffdan “hazırda Manor-da mübarizə aparan Verlyaynın Mercedes-ə transfer olma ehtimalı nə qədərdir?” soruşublar: “Bəli, o da alternativlər arasındadır. O, DTM-də çempion ola biləcəyini sübut etdi. Hazırda Manor-da yarışır və Mercedes-ə transfer olmaq üçün doğru yoldadır”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*