T.Volff: “Rosberq çempion olmaq üçün lazım olan hər şeyi edir”

Suzukada bu mövsüm 9-cu qələbəsini qazanan Niko Rosberq komanda yoldaşı ilə arasındakı xal fərqini 33-ə yüksəldib və mövsümün sonuna 4 yarış qalmış, çempionluğa ən real namizəddir.

F-1.az xəbər verir ki, Yaponiya Qran Prisindən sonra Niko barədə danışan komandanın rəhbəri Toto Volff onun yarışından razı qaldığını bildirib.

Toto Volff: “İki əla sürücümüz var. Həm dünyanın ən yaxşısıdırlar, həm də bir-birini daha yüksək səviyyədə yarışmağa məcbur edirlər. Biri pis həftəsonu keçirirsə, digəri ona təzyiq edir. İllərdir bir yerdə yarışırlar və onların bu mübarizəsi komandaya xeyir verir – bundan məmnunam. Dünya çempionu olmaq istəyirsinizsə, səhvlərinizi minimuma endirməlisiniz. Rosberq də bunu edir.

Bu həftəsonu çox kiçik problemlərlə qarşılaşdıq. Bunlar Lyuisə təsir etdimi – bilmirəm. O, bilməlidir ki, hələ də çempionluq şansı var. Hələ dörd yarış var və vəziyyəti düzəldəcəyinə əminəm. Aradakı 33 xal Rosberqin işləri qaydasında gedərsə, böyük fərqdir. Lakin biz görmüşük ki, biri yarışı tamamlaya bilməyəndə, digəri 25 xal qazanaraq yenidən çempionluq mübarizəsinə qayıdır. Berninin də mübarizənin son ana qədər davam etməsi üçün bunu istədiyinə əminəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*