F-1.az xatırladır ki, sıralanma turunun son seansında hər iki sürücü də yanacaq təzyiqi ilə problemlər yaşayıblar və Həmilton boksa qayıdaraq, çoxlu vaxt itirib.
Toto Volff: “Son illərdə poul qazanmağa öyrəşmişdik, amma hamının və özünüzün gözləntilərinizi nəzarətdə saxlamalısınız.
Red Bull və Rikkardo bu gün poul qazanmağa layiq idilər. Üçüncü sektorda çox sürətli oldu və onu məğlub edə biləcəyimizə əmin deyiləm.
Heyif ki, sonuncu sessiyada hər iki bolidimizdə də problemlər yaşandı. Hər iki bolidimizdə də yanacaq təzyiqi problemi ortaya çıxdı. Bu bir şeyi dəyişdirdi? Bilmirəm. Red Bull poula layiq idi və buna görə oradadırlar.
Həmiltonun sonuncu seansına problemlər təsir etdi, çünki onu yenidən boksa gətirməli olduq. İlk cəhdinə çıxmadı, çünki yaxşı vəziyyətdə deyildi. Digərləri ilə sinxron olsun deyə 2 dövrə çox atdı.
Seans pis keçdi və digərlərindən bir dövrə az atsanız, bu heç də yaxşı olmur”.
Volff Rikkardonun SuperSoft təkərlərlə yarışa başlamasını dəyərləndirib: “Bu böyük fərq yaradacaqmı? Bilmirəm. Çünki UltraSoft təkərlərin ömrünü uzada bilərik. Əgər yağış yağmasa və yaxşı start alsa, bu çətin ola bilər.
Ancaq yarış sabahdır”.