T.Volff: “Reqlamenti dəyişmək yersizdir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, idmanda rəqabət yaxşıdır və heç nəyi dəyişməyin mənası yoxdur.

F-1.az xatırladır ki, Liberty Media 2021-ci ildə texniki reqlamentdə bəzi dəyişikliklər etmək istəyir. Bu dəyişikliyə ötmələri asanlaşdırmaq, ucuz güc qurğuları daxildir. Avstraliyadakı darıxdırıcı yarış bu istəklərin daha çox dəstəklənməsini təmin etsə də, son iki yarışdakı hadisələr komandaları yenidən düşündürüb.

Toto Volff: “Qərarlarımızda bəzən tələsə bilərik. Bir yarışdan sonra hər şeyi dəyişdirmək istəyirdilər. Bəlkə də, buna ehtiyac yoxdur. Formula1 həmişə belə idi. İlk yarışda olanlar darıxdırıcı idi. Amma sonrakı yarışlar inanılmaz dərəcədə maraqlı idi. Bunu qəbul etməliyik. Yaxşı futbol oyunları olur, pis futbol oyunları olur. Çin yarışı belə başladı, amma sonradan çox həyəcanverici oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*