F-1.az xatırladır ki, Okon Mercedes-in inkişaf proqramındadır. Fransalı sürücü bu il DTM-də Mercedes adına yarışır və eyni zamanda Renault komandasının test sürücüsüdür. Okon bu il sərbəst yürüşlərdə çıxış edib və yaxşı performans göstərib.
Toto Volff bildirib ki, Okon Renault üçün yaxşı alternativdir: “Esteban yaxşı və ağıllı insandır. Onun boliddəki performansı mükəmməldir. O Silverstounda bizim üçün mükəmməl testlər etdi. Cümə sərbəst yürüşlərində Maqnussen ilə eyni nəticəni göstərdi. Onun böyük gələcəyi var. Ümid edirəm ki, dostlarım bunu hiss edər. Əks halda onu geri qaytaracayıq”.