F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1-də 2019-cu ildə debüt etmiş və 2019-2021-ci illərdə Williams komandasında sözün əsl mənasında sürünmüşdü. 24 yaşlı sürücü bu ilin əvvəlində Mercedes-ə qoşulub və Braziliyada karyerasının ilk qələbəsini əldə edib.
Toto Volff: “Yarış sonunda 16 yaşında kostyumal yanıma gəlib powerpoint-də təqdimat etdiyi dövrünü xatırladım. Yeni gənc sürücü proqramımızda yarış qazanan ilk sürücü odur. Lyuis uzun müddətdir buradadır və sürücü proqramımızın ən uğurlu pilotudur. Rassell bizə qatılandan 6 il sonra Formula1-də yarış qazandı. Biz ona hədəflər qoyduq. GP3 və Formula2-də çempion idi. O bunları debüt mövsümündə etdi. Sonra Williams-da yaxşı püxtələşdi. Orada bir il çox qaldı. Lakin sonda layiq olduğu qələbəni qazandı”.