F-1.az xatırladır ki, britaniyalı sürücü İmola yarışında Bottasa hücum edərkən bolidin idarəetməsini itirib və rəqibinə çırpılıb. Nəticədə hər iki sürücü mübarizəni dayandırıb.
Toto Volff: “Bu hadisələr yaşanmamalı idi. Valtteri ilk 30 dövrədə çox zəif çıxış etmişdi və trasın quruduğunu nəzərə alsaq, Corc bu manevri etməməli idi. Bu, risk almaq demək idi və onun önündəki bolid Mercedes idi. Gənc sürücülər qlobal perspektivlərini itirməməlidirlər. Onun öyrənəsi çox şeyi var.
Onun bizə nəsə sübut etməyini istəmirəm, çünki Valtterini 5 ildir tanıyıram və o, bizə heç nə isbatlamır. Bu hal bizim üçün heç də əyləncəli deyil. Böyük zərbə idi və bu qədər məhdudiyyətin olduğu dövrdə bolidimiz parça-parça oldu. Bu hadisəyə görə yeniliklərimiz də məhdudlaşacaq. Bunu görmək istəməzdik”.