T.Volff qəza gözləyir

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Həmiltonla Ferstappendən 1989 və 1990-cı illərdə Senna və Prostun etdiyi kimi qəza gözləyir.

F-1.az xatırladır ki, Həmiltonla Ferstappen bu il iki dəfə insident yaşayıblar. Onlardan birincisində niderlandlı sürücü ağır qəza keçirib və 50G yüklənməyə məruz qalıb. İtaliyada isə Ferstappenin bolidi az qala yeddiqat Dünya Çempionunun başını əzirdi.

Toto Volff: “Əgər son yarışa qədər çempionluq uğrunda mübarizə aparsalar, öndə olan sürücü Senna və Prostun hərəkətlərindən edə bilər. Montsada nə oldu? Ferstappen Lyuisi yarışdan kənarlaşdırdı, çünki daha sürətli olan Lyuis onu keçirdi. Bunu anlaya bilirəm. Əgər çempionluq uğrunda yarışırsınızsa və rəqibiniz sizi keçdiyi üçün uduzacaqsınızsa, nə edərsiniz? Bunu daha əvvəl Şumaxerlə Vilnöv və Senna ilə Prost etmişdilər. Hətta, Senna ilə Prost arasında belə insident iki dəfə oldu.

Mən heç kimə qəza et əmri verməyəcəm, ancaq mübarizə son yarışa qədər getsə, sərt yarışacaqlar. Əgər qəza etsələr necə olacaq? Nə danışacaqlar? Bir-birlərinin gözlrinə baxa biləcəklər? Belə şey olsa, biz qarışmayacağıq. Özləri həll etsinlər.

Ferstappen Silverstounda çox aqressiv davranaraq qəzaya səbə oldu və 50g yüklənməyə məruz qaldı. Montsada isə Lyuisin başının üstündən bolid keçdi. Hansı daha pis idi? Hər ikisi də zərər görmədi. Hazırda önümüzə baxırıq.

Lyuis heç vaxt özünü yazıq kimi aparmadı və ya çox yaralandığını demədi. 750 kiloluq bolid başınızın üstündən keçəndə bunu edə bilərdi. Boynu və bədəni ağrıyırdı. Lakin elə buna görə yüksək maaş alırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*