F-1.az xatırladır ki, dəyişkən hava şəraitində Monakoda mükəmməl sürüş və strategiya ilə qalib gələn Lyuis Həmilton, keçənilki ABŞ QP-dən sonra ilk qələbəsini qazanıb.
Toto Volff hesab edir ki, Lyuis Həmiltonun “Artıq standart haldır” dediyi dözümlülük problemlərini geridə qoyan Mercedes üçün qələbə vaxtında gəlib: “Son iki həftə onu və aramızdakı münasibəti qüvvətləndirdi. Mən belə düşünürəm. Bir yerdə çətinliklərdən keçsəniz, münasibətinizi yaxşılaşdıra bilərsiniz.
Aramızda bəzi mübahislər oldu və çətin günlərdən keçdik. Amma axırkı dərmanımızı tapdıq.
Qələbəyə ehtiyacımız var idi. Podiumda da komandanı təmsil etməsi üçün bir nömrəli mexaniki olan Natan Divini göndərdik.
Niko üçün də məyusam. İşlər onun üçün yaxşı getmədi. Amma Lyuisin bəxtizliklərindən sonra qalib gəlməsi bizi rahatlatdı”.