F-1.az xatırladır ki, Sebastyan Fettel 4-cü döngədə tras xaricinə çıxıb və trasa geri dönərkən Həmiltonun önünü təhlükəli formada kəsib. Nəticədə 5 saniyə cəza alan almaniyalı sürücü ikinciliklə razılaşmalı olub. Bu qərar bəzi mütəxəssislər tərəfindən mühakimə olunub.
Toto Volff: “Məncə, hamımız sərt yarışmağı sevirik. Bəzən təmas yaşamaq olar, amma qaydalara güvənməliyik. Əgər qaydaların dəyişdirmək lazımdırsa, bunu ilk mən dəstəkləyəcəm. Daha təhlükəli ola bilər. Hətta, həyəcan da qatmaq olar.
Bu hadisə mənim başıma gəlsəydi, o lövhəni təpiklə bolidin üstünə atardım. Təbii ki, Mercedes tərəfindən danışıram. Amma tras xaricinə çıxarkən bir maşınlıq boş yer qoymalısınız. Fettel hadisə zamanı bu qaydaya riayət etməyib. Əgər yarışları sevirsinizsə, bir-birinə çırpılan maşınları görmək istəyərsiniz. Stüardları da dəstəkləmək lazımdır. Hadisəni araşdırdılar və onların qərarına hörmət etmək lazımdır”.