T.Volff: “Qalib gəlmək üçün finişə çatmalısınız”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, çempionatda topladıqları xallar real güclərini əks etdirmir.

F-1.az xatırladır ki, Mercedes mövsümün ilk iki yarışında iki dubl və bir sürətli dövrə hesabına 87 xal toplayıb.

Toto Volff: “2019-cu ildə iki yarış geridə qalıb və hazırda vəziyyətimiz yaxşı görünə bilər. 87 xalımız var və maksimumdan bir xal geridəyik. Amma bu hal reallığı əks etdirmir. Bəhreyndə sıralanma turu və yarışda çox zəif idik. Ferrari düzlüklərdə sürətli idi və buna görə də hər dövrə üstünlük qazanırdılar. Amma birinci olmaq üçün əvvəlcə yarışı bitirməlisiniz. Komandanın və sürücülərin güclü performansları və sistemlərin etibarlılığı hesabına dubl etdik.

Amma mübarizədən qorxmuruq. Paketimizdən maksimumu almaq üçün hər şey edəcəyik. Bu mövsüm artıq həyəcanlı yarışlar görmüşük. Şanxay yarışını səbirsizliklə gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*