F-1.az xatırladır ki, “gümüşü oxlar” bu mövsüm 12 yarışdan 10-da qalib gəliblər və ardıcıl altıncı Dünya Çempionluğuna çox yaxındırlar. Lakin Mercedes Avstriya yarışında hərarət problemləri yaşamışdı. Toto Volff bu problemləri həll etməli olduqlarını deyib: “Fasilədən sonra Spa və Montsa barədə düşünürük. Tamamilə fərqli traslardır və hər ikisi də mühərriyə tələbkardır. Ferrari hər iki trasda da güclü olacaq. Bizim üçün çətin olacaq. Sabahdan etibarən problemlərimizi həll etməyə başlamalıyıq”.
T.Volff: “Problemləri həll etməliyik”
Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Belçika yarışına qədər bütün zəif yönlərini həll etməlidir.