T.Volff: Problemləri görməsək, işləməzdik

Mercedes Motorsport-un rəhbəri Toto Volff İspaniyadakı dubl podiuma görə yeni paketdən razıdır.

F-1.az xatırladır ki, Mercedes komandası mövsümə sıfır saydpod konseptini qoruyaraq başlamış və ilk yarışda dördüncü sürətli komanda olmuşdu. Bundan sonra “gümüşü oxlar” maşının konseptini dəyişməyə qərar vermişdilər.

Mercedes yeni konsepti ilk dəfə Monakoda istifadə etmişdi. Bu konseptə saydpod, ön asılqan, altlıq kimi yeni detallar daxil idi və bu yeniliklər onlara İspaniyada ikili podium gətirib.

Komanda bu yeniliklərkı həm Ferrari-ni, həm də Aston Martin-i geridə qoya bilib. Yəni ki, konsept uğurludur.

Toto Volff: “Sıfır saydpod konseptinin işə yaramadığını anlamaq üçün mövsümün əvvəlində şok yaşamalı idik. Silkələnəndən sonra irəliyə doğru addım atmağa başladıq. Detalları müəyyən müddət ərzində dizayn və istehsal etməli, bolidə yerləşdirməli idik. Komandamız arxa planda əla iş gördü.

Bazada görülən işlərə görə xoşbəxtəm. Başqa yönə getmək üçün qərarlar aldıq və bir neçə detalı dəyişdik. Bu riskli addım idi. Amma hamı yaxşı işlədi və qarşımızda yaxşı maşın var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*