F-1.az xatırladır ki, Porsche keçən il Formula E-yə fokuslanmaq üçün WEC-dən ayrılıb. Almanlar Formula1-lə də maraqlanırlar, amma zavod komandası kimi yox, mühərrik təminatçısı kimi idmanda olmaq istəyirlər.
Toto Volff: “Onlar gəlsə, bizim kiçik qum hovuzumuzda daha çox mübarizə olar. Məncə, Porsche Formula1-lə maraqlanır, amma idmana gələcəkləri dəqiq deyil. Onlar da dəyirmi masa arxasında öz təkliflərini verirdilər. Hələ yeni qaydalar dəqiqləşməyib. Amma gələn həftə onlar barədə daha çox yenilik eşidəcəyik. Hələ ortaq məxrəcə gəlməmişik və bizi çətin danışıqlar gözləyir. Bizim üçün əsas olan texnoloji yenilikdir. Çünki bütün dünya ekoloji maşınlara keçir və nostalgiya üçün 20 il geriyə addım atmaq istəmirik”.