F-1.az xatırladır ki, son 8 ilin çempionu olan Mercedes komandası bu il qələbə qazana bilməyiblər və hazırda turnir cədvəlində üçüncü yerdədirlər. “Gümüşü oxlar”ın Ostində güclü olması gözlənilir.
Toto Volff: “Sinqapur və Yaponiyada trafikdə qaldığımız üçün bolidin performansını göstərə bilmədik. Buna görə də məyusuq. Bu mövsümü güclü nəticələrlə bitirmək istəyirik. Son iki yarışdakı nəticələr bizi bu mövzuda daha qərarlı edir.
Son 4 yarışdairəliyə doğru addımlar atmalı və gələnilki inkişaf üçün çox şey öyrənməliyik. Bunlr bizim üçün əsas məqsəddir. İlin son yeniliklərini Ostinə gətirəcəyik. Ümid edirik ki, bizi öndəki komandalara yaxınlaşdırar”.