F-1.az xatırladır ki, Mercedes mövsümə yaxşı başlamasa da, mövsümün ikinci yarısından yenidən zirvəyə yaxınlaşıb və bir qələbə qazanıb.
Toto Volff: “Həmişə orta qrupda olmaqdan qorxmuşam. Bu, 2022-ci ildə baş verdi. Bolidin inkişafında səhv etdik və orta qrupda mübarizə apardıq. Növbəti mövsümdə reqlament dəyişməyəcək. Neçənci komanda olduğumuzu, harada səhv etdiyimizi və harada inkişaf etməli olduğumuzu bilirik. 2023-cü ildə liderlə fərqi bağlamağı ümid edirik. Hələ bunu bacara bilməmişik və uğur qazanmaq üçün çox işləmək lazımdır”.