T.Volff: “Nikonun önündə baş əyərdim”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Niko Rosberq Monako yarışında heç fikirləşmədən Lyuis Həmiltona yol verib.

F-1.az xatırladır ki, Rosberq Monakoda nəm trasda çətinlik çəkirdi və komanda yoldaşı Lyuis Həmiltonu çox ləngidirdi. Rikkardo isə bundan istifadə edərək, bu cütlükdən uzaqlaşırdı. Vəziyyətin belə olduğunu görən Mercedes komandası Rosberqə göstəriş vermək qərarına gəlmişdi.

Volff bildirib ki, Rosberq çempionatdakı ən əsas rəqibi Lyuis Həmiltona heç bir çətinlik törətməyib: “Heç bir sual soruşmadı. Əvvəl ondan sürətlənməsini istədik və alınmayacaqsa, Lyuisə yol verməsini istədik. Bir dövrədən sonra ondan Lyuisə yol verməsini istədik, o da heç fikirləşmədən yol verdi”.

Volff bildirib ki, almaniyalı sürücü bununla komanda oyunçusu olduğunu göstərib: “Rikkardo fərqi açırdı və biz düşündük ki, Niko Lyuisi çox ləngidir və Lyuis buna görə yarışı əldən verə bilər. Təkərlərini qızdırmasını gözlədik, amma alınmadı.

Sonra aradakı fərqi görüb, yol verməsini istədik və bu doğru qərar idi.

Əgər Laudanın qırmızı papağı məndə olsaydı, Nikonun qarşısında papağımı çıxararıb, baş əyərdim. Çox çətin vəziyyətdə yerini verdi. Yaxşı komanda oyunu oynadı”.

Volff bildirib ki, onlar komanda əmri verərkən, tərəddüd ediblər: “Hər sürücü üçün bunu qəbul etmək çətindir. Bunu başa düşürük. Buna görə tələsmədik və bir az vaxt itirdik. Təkərini qızdırmasını gözlədik, amma Rikardo fərqi 10-11 saniyəyə qədər qaldırmışdı. Problemli bir bolid kimi idi. Buna görə də, bu qərarı verdik. Keçmişdə komanda əmrləri tətbiq etməmişdik, amma bu dəfə bilinirdi ki, Nikonun bolidndə problem var”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*