F-1.az xatırladır ki, 1975, 1977 və 1984-cü ildə Dünya Çempionu titulunu qazanmış Lauda 2012-ci ildən Mercedes komandasında qeyri-icraçı direktor işləyirdi. Bundan başqa avstriyalı əfsanə Mercedes komandasının 10 faizlik səhmdarıydı və 2020-ci ilə qədər müqaviləsi var idi.
Toto Volff: “Hər şeydən əvvəl Nikinin ailəsinə başsağlığı veririk. İdmanımızın ən böyük əfsanələrindən biridir. O, qəhrəmanlıq, insanlıq və dürüstlüyün simvoli idi. Onun ölümü Formula1-də boşluq yaratdı. İdmanda ən böyük geridönüşü etmiş adamdan savayı açıqsözlü və səmimi insanı itirdik. Mercedes də bir məsləhətçisini itirdi. Niki həmişə dürüst və sadiq insan idi. O, bazada motivasiyalı nitq deyəndə hamı var qüvvəsi ilə işləyirdi. O, əvəzolunmazdır. Səni rəhbər kimi görmək şərəf idi. Sənə “dostum” demək isə ayrıcalıq idi”.