T.Volff: Monrealdakı tras maşınımıza uyğun gəlmir

Mercedes-in rəhbəri Barselonada podiuma yüksələn Lyuis Həmilton və Corc Rassellin nəticələrinə şərh bildirərkən, Mik Şumaxerin testlərdəki işini də qeyd edib.

F-1.az xəbər verir ki, Pirelli testləri komanda qarşısında Kanada Qran Prisi üçün real hədəflər qoyub.

Toto Volff: “İspaniyadakı nəticə Brekli və Briksvortdakı bazalarda işləyənlərin, trasda sınaqdan keçirtdiyimiz texniki yeniliklər toplusunu yaradan bütün mütəxəssislərin zəhməti üçün layiqli mükafat oldu. Biz onların necə çıxış etməsindən məmnunuq və bu, şassiləri təkmilləşdirməyə davam etdiyimiz üçün bizə yeni təməl yaradır.

Amma eyni zamanda, biz şişirdilmiş gözləntilərdən qaçmalıyıq. Barselonadakı tras bizim bolidimiz üçün uyğun idi və növbəti yarışlarda birbaşa rəqiblərimizin daha güclü çıxış edə biləcəyini proqnozlaşdırmaq olar. Red Bull-un üstünlüyü hələ də böyükdür və biz onu aradan qaldırmaq üçün çox çalışmaqda davam etməliyik. Bununla belə, biz bu çətinliyin öhdəsindən gəlməyə hazırıq.

İspaniya Qran Prisindən sonra Mik Şumaxer ilk dəfə W14 sürmək imkanı qazandı. Pirelli təkər sınaqları zamanı o, maşına yaxşı uyğunlaşdı və bu təcrübə onun xoşuna gəldi. Mik artıq komandamızın dəyərli üzvünə çevrilib, onun simulyatordakı işi faydalı olub və Barselonada gördüyümüz kimi təkmilləşməmizə kömək edir.

İndi Monreal bizi gözləyir. Kanada trası uzun düzlüklə yanaşı, yavaş döngələrə malikdir və biz onun avtomobilimizə, eləcə də Kataloniya trasına uyğun olacağını gözləmirik. Ancaq maşınımızın əslində hansı tempə qadir olmasından asılı olmayaraq, əsas vəzifə mümkün olan ən yaxşı nəticəni əldə etməkdir. Həmçinin, xüsusi xüsusiyyətləri ilə bu trasda biz W14-ün performansı haqqında yeni məlumatlar əldə edə biləcəyik və gələcəkdə bundan şassinin inkişafı prosesində istifadə edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*