T.Volff: Monakoda möcüzə gözləmirik

Monakodakı yarış həftəsonu başlamazdan əvvəl Mercedes-in rəhbəri bu barədə fikirlərini bildirib.

F-1.az xəbər verir ki, Toto Monte Karlo küçələrində möcüzə axtarmadıqlarını qeyd edib.

Toto Volff: “İmola yarışının ləğvi ilə düşüncələrimiz dəhşətli daşqınlardan zərər çəkən Emiliya Romanya bölgəsinin əhalisi ilə qalır. Gördüklərimiz bizi kədərləndirsə də, xilasetmə xidmətlərinin işinə və sakinlərin dözümlülüyünə heyran olduq. Gələn il daha müsbət şəraitdə İmolaya qayıtmağı səbirsizliklə gözləyirik.

Monakodakı yarış mövsümün Avropa hissəsini açır. Küçə trası unikaldır, bu həftə sonu biz W14-ün yenilənmiş versiyasını sınaqdan keçirəcəyik, lakin bir mərhələdən sonra nəticə çıxarmağa tələsməyəcəyik – bu, maşının yeni istiqamətində ilk addımdır.

Biz möcüzələr gözləmirik – bizim idmanımızda, mənim təcrübəmə görə, onlar baş vermir, lakin ümid edirik ki, sürücülər daha stabil və proqnozlaşdırıla bilən bir bolid əldə edəcəklər, biz də yaxın həftələrdə və aylarda onunla işləməyə davam edəcəyik.

Formula 1 yüksək rəqabət və meritokratiyadır. Biz hələ olmaq istədiyimiz yerdə deyilik və irəli getmək üçün çox çalışmalıyıq”.

Xatırladaq ki, Monako trası maksimal sürətə və gücə görə üstünlüyün əldə edilməsinin çətin olduğu trasdır, burada gözlənilməz hadisələr çox olduğundan, Mercedes, Ferrari və Aston Martin komandalarının nəzərində Red Bull-u büdrətmək üçün real yerdir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*