F-1.az xatırladır ki, keçən il Günter Ştaynerlə Mik Şumaxerin arası elə də yaxşı deyildi. Buna görə də mövsümün sonunda Haas komandası Miki göndərərək, əvəzinə Niko Hülkenberiq gətirmişdi.
Toto Volff: “Ailəsi onu yetişdirərkən səhv etməyib. İddia edirəm ki, Mixael iki il ərzində Haas komandasında oğlunun yanında olsaydı, Ştayner Mikə pis davranmağa cəsarət edə bilməzdi”.