F-1.az xatırladır ki, son yarış ərəfəsindəRosberqin 12 xallıq üstünlüyü var.
Xatırladaq ki, Malayziyada Həmilton mühərrik problemi yaşamış və bu böyük söz-söhbətlərə səbəb olmuşdu.
Braziliyadakı qələbədən sonra Həmilton belə danışmışdı: “Karyerasının ən yaxşı performansını göstərən Nikonu bərabər şəraitdə keçən yarışda məğlub etdiyim üçün xoşbəxtəm”.
Yarışdan sonra mətbuat Həmiltonun əla performans göstərdiyini, Rosberqin isə yarışa ehtiyatla çıxdığı yazmışdı.
Toto Volff: “Hər yarışda mexaniki problem ola bilər. Bunu gözardı edə bilmərik. Mövsümün bu vaxtında sürücülərimizə ən yaxşı bolidi verməliyik. Hər şey Berninin istədiyi kimi oldu. Çempionu son yarışda görəcəyik”.