F-1.az xatırladır ki, “gümüşü oxlar” Barselonaya önəmli yeniliklərlə gəlmiş və Lyuis Həmiltonla yarışı qazanmışdı.
Toto Volff: “Barselonaya aerodinamik cəhətdən vacib yeniliklərlə gəldik. Bunun hesabına bolidi yüngülləşdirərək, daha yaxşı nəticə almaq istəyirdik. Amma azalan ağırlıq 5 kiloqram deyil. Formula1-də bu cür yeniliklər etmək asan deyil. Bizim hədəfimiz kiloqram olaraq yox, qram olaraq bolidin çəkisini azaltmaqdır. Bu daha realdır. Buna görə də çıxan xəbərlərə görə təəccübləndim. Heyif ki, bunlar doğru deyil”.