T.Volff: “Mercedes-in hegemonluğu bitdi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, "gümüşü oxların" 2014-cü ildən başlayan hegemonluğu bu il artıq bitib.

F-1.az xatırladır ki, Mercedes komandası 2014-2016-cı illərdə keçirdiyi 59 yarışda 51 qələbə qazanaraq hər iki çempionatda 3 dəfə Dünya Çempionu olmuşdu. Bu müddət ərzində Red Bull 5, Ferrari isə 3 yarış qazana bilmişdi.

Amma 2017-ci ildəki reqlament dəyişikliklərindən sonra Mercedes keçirilmiş 3 yarışdan sadəcə 1-də qalib gələ bilib. İki yarışda isə Ferrari fərqlənib.

Toto Volff: “Bəli, üçillik hegemonluğumuz bu il sona çatdı. Bu, Formula1 üçün yaxşı dövr deyildi. Nəticədə azarkeşlər çempiomluq uğrunda gərgin mübarizə görmək istəyirdilər, amma biz çox üstün idik”.

Volff bildirib ki, ki, Rosberq komandadan ayrıldıqdan sonra vəziyyətləri yaxşılaşıb: “Üç il ərzində Rosberqlə Həmiltonu idarə etməyə çalışırdıq. Amma indi belə problemimiz yoxdur və daha rahatıq”.

Mercedes komandası Bəhreyndə Bottasa komanda əmri vermişdi. Volff bu barədə də danışıb: “Əlbəttə, buna görə özümüzü yaxşı hiss etmirik. Amma özümüzə – “yarışı uduzmaq istəyirikmi?” – sualını verməli idik. Valtteri təkərlərə nəzarət edə bilmirdi və buna görə də Lyuisi irəli buraxmalı idik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*