T.Volff: “Mercedes-i heç nə dayandıra bilməz”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, reqlamentdəki dəyişikliklər Mercedes-in qarşısını ala bilməz.

F-1.az xatırladır ki, “gümüşü oxlar” son 5 ildə hər iki cəbhədə çempion olublar. Lakin 2021-ci ildə reqlamentdə ciddi dəyişikliklər olacaq.

Toto Volff: “Keçmişdə bir komanda rəqiblərindən uzaqlaşanda, rəqibləri reqlamentin dəyişməsini istəyirdi. Belə olan halda rəqabətin artacağına inanırdılar. Məncə, əksi olmalıdır. Qaydalar dəyişdikcə, aradakı fərq açılır. Amma eyni qaldıqca, komandalar bir-birinə yaxınlaşırlar. Güc qurğusu ilə bağlı qaydalar sabit qalanda nələr olduğunu gördük. Əgər şassi ilə bağlı reqlament də sabit qalsa, komandalar yaxınlaşacaq. Lakin komandalar keçmişdəki kimi lobbilərini işə salırlar. Çünki elə bilirlər ki, zəri təzədən atanda hər şey onlarçün yaxşı olacaq. Ancaq 2018 və 2019-cu illərdə heç nə yaxşı olmadı. Öndəki komandalar fərqi artırdılar və təzədən əvvələ qayıtdıq. Eyni səhvlər təkrarlanır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*