T.Volff: Mən Hornerin beynində pul ödəmədən yaşayıram

F-1.az xəbər verir ki, Mercedes-in rəhbəri Toto Volff son iki ildə tez-tez mübahisə etməli olduğu Red Bull-dan olan həmkarı Kristian Hornerlə münasibətindən danışıb.

Toto Volff: “Mən Hornerin başında pulsuz yaşayıram. Bu adam komplekslidir. Horner haqqında danışmağa sərf etdiyim hər saniyə həyatımda vaxt itkisidir. Mənim üçün başqa şeylər daha önəmlidir. Formula1-də gözəl anlar yaşadım. Mən komandanı sevirəm, çətinlikləri sevirəm, amma ən çox ailəmi sevirəm. 21, 18 və 5 yaşlı üç övladım var.

Həyat yoldaşım Suzinin timsalında isə özümə mükəmməl tərəfdaş tapdım. Həyat yoldaşım məndən daha sürətli maşın sürə bilər, amma bu, onun ən kiçik keyfiyyətləridir. Biz tamamilə qohum ruhlara sahibik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*