F-1.az xəbər verir ki, komandanın inkişafı Totonu xeyli təəccübləndirib.
Toto Volff: “Aston Martin-də həqiqətən yaxşı iş görüblər. İki saniyə daha sürətli bir maşın düzəldə bilən Red Bull-dan bir nəfəri işə götürdülər. Alonsonun güclü və motivasiyalı olduğunu bilirdik, amma qolundakı zədəyə baxmayaraq, Stroll da önlərdə idi. Bu, maşının nə qədər yaxşı olduğunu sübut edir. Mən heç vaxt Formula1-də belə bir irəliləyiş görməmişəm”.