F-1.az xatırladır ki, Mercedes komandası Meksika yarışından 31 xalla ayrılmışdı.
Toto Volff: “Meksikada fürsətləri dəyərləndirməsək də, Lyuis ikinci, Corc isə 4-cü olaraq, bizə vacib xallar qazandırdılar. Qələbə üçün mübarizə aparmaq bizi cəsarətləndirdi və inkişafımızı göstərdi. Bu inkişafa görə qürur duymalıyıq. Tempimizi 2023-cü ilə qədər davam etdirməliyik.
Braziliyada son sprint yarışına çıxırıq. İnterlaqos əfsanəvi trasdır və Lyuis keçən il burada həm sprint yarışında, həm də əsas yarışda tarixi performans göstərdi.
Lyuisin fəxri vətəndaş aldığı və gözəl xatirələrə sahib olduğumuz Braziliyaya gəldiyimiz üçün qürurluyuq. Burada Meksikadakı kimi güclü olmaya bilərik, amma əlimizdən gələni edəcəyik”.