T.Volff: Maşında yırğalanma yoxdur

Keçənilki testlərdə bir çox komanda kimi, Mercedes-də də maşının yırğalandığı aşkarlanmışdı. Komanda mövsüm ərzində bunu düzəltsə də, tam öhdəsindən gəlmək mümkün olmalışdı.

F-1.az xəbər verir ki, çəkiliş gününün görüntülərindən izləyicilər maşının yenə də yırğalandığını bildirsələr də, Volff testlərin ilk günündə belə bir problem olmadığını deyib.

Toto Volff: “Yeni avtomobil yaxşı balansa malikdir, düzlüyün sonu istisna olmaqla, heç bir yırğalanma yoxdur. Mümkün qədər çox məlumat toplamağa çalışdıq, bu, məlumatların korrelyasiyasını qiymətləndirmək üçün vacibdir – testlərin başlanğıcı məhsuldar oldu.

Keçən il Bəhreynə gələndə artıq problemlərimiz olduğunu bilirdik. Maşın yellənirdi, parametrlərlə işləyə bilmirdik. İndi tamamilə fərqli vəziyyətdir – maşının daha da optimallaşdırılması üçün yaxşı bazamız var, lakin indiyə qədər bunu etməmişik. İndi biz maşının potensialını maksimum dərəcədə artırmağımıza mane ola biləcək başqa çətinliklərin olub-olmadığını araşdırırıq. Sadəcə proqram üzərində işləyirik”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*