Toto Volff: “Bu gün komanda və sürücülər əla iş gördü. Mümkün olan ən yaxşı nəticəni əldə etdik. Corc ağıllı və sürətli idi, Lyuis isə şir kimi döyüşürdü. Həmilton bu şənbə günü kimi uğursuz günlərdə əhval-ruhiyyəsini müsbət saxlayaraq komandanı daim motivasiya edir və mübarizəyə kökləyir. Təəssüf ki, indi maşınımız öndəki komandalarla mübarizə aparmağa imkan vermir. Sıralanma turlarında sürətli dövrəyə qədər təkərimizi tam isidə bilmirik, yarışda da həmişə ilk hissədə buna görə vaxt itiririk. Lakin təkərlər ideal istiliyə çatanda o qədər də pis görünmürük. Qarşıda çox iş var, amma mütəxəssislərimizə inanıram. Biz bu gün həm bazada, həm də tras üzərində gözəl komanda işi gördük. Düzgün istiqamətdə hərəkət edirik”.
T.Volff: Maksimum nəticə əldə etdik
F-1.az xəbər verir ki, Mercedes komandasının rəhbəri mövsümdə ilk dəfə hər iki sürücü ilə podiuma çıxmaqlarından razı qalıb.