T.Volff: Maksa Red Bull-a getməyi məsləhət gördüm

Mercedes-in rəhbəri 2014-cü ildə Maks Ferstappenin Mercedes-ə keçid şansının olduğunu, lakin bunun niyə baş vermədiyini açıqlayıb.

F-1.az bildirir ki, Toto komandada yer olmadığı üçün keçidin baş tutmadığını deyib.

Toto Volff: “2014-cü ildə Maks Ferstappenə təklif edəcək yerimiz yox idi. Həmin vaxt Lyuis Həmilton və Niko Rosberqin uzunmüddətli müqavilələri var idi. Əlbəttə ki, Maks maraqlı gənc sürücü idi, lakin o zaman biz ona yalnız GP2-də yer təklif edə bildik, yalnız bundan sonra, bəlkə də, müqavilə bağlaya bilərdik. Amma Helmut Marko ona Formula1-də yer təklif edə bilərdi və mən Maksa bu yolla getməyi məsləhət görmüşəm. Bu isə onun Mercedes-in orbitini tərk etməsi demək idi”.

Qeyd edək ki, niderlandlı ikiqat dünya çempionu F1 karyerasına bir il sonra – 2015-ci ildə Toro Rosso-nun heyətində başlayıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*