T.Volff: Lyuislə müqaviləni uzatmaq üçün bir il vaxtımız var

Toto Volff dəfələrlə Lyuis Həmiltonla 2023-cü ilin sonunda başa çatacaq müqaviləni uzatmaq istədiklərini bildirib.

F-1.az xəbər verir ki, Mercedes komandasının rəhbərinin mövqeyi dəyişməyib – Toto yeni müqavilənin imzalanacağına əmindir, lakin tərəflər danışıqlara tələsməyəcək.

Toto Volff: “Hələ tam bir ilimiz var. Lyuislə son on ildə çox yaxın olduq, çox güclü münasibətimiz var, ona görə də danışıqlar üçün Lyuisə fiziki olaraq Avropaya qayıtmaq kifayətdir. Qayıdandan sonra görüşəcəyik, bir-birimizlə bir az söhbət edəcəyik. Bir neçə saatdan sonra kabinetdən çıxacağıq və həmin an bacadan ağ tüstü görünəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*