F-1.az xatırladır ki, Liberty Media uzun müddət davam edən danışıqlardan sonra Mayamidə şəhər tipli trasda yarış keçirməyə razılıq ala biliblər. Növbəti hədəf isə Londondur.
Toto Volff: “Britaniya Qran Prisinin Silverstounda qalmasını istəyirəm. Bura Formula1-dəki ənənəvi traslardan biridir. Azarkeşlər bu yarışı sevirlər. Lakin Londonda yarış keçirilsə, gözəl olar. Ümid edirəm ki, Londonun Bələdiyyə Başçısı və Baş Nazir Cənab Conson müsahibəmi oxuyar və layihəni həyata keçirərik.
Formula1 Dünyanın ən yaxşı hibrid texnologiyasına sahibdir və çempionatın ən böyük ulduzu britaniyalıdır. Buna görə də Londonda texnologiyamızı və innovasiyamızı göstərə bilərik. London Qran Prisi keçirilməlidir”.