T.Volff: “Liberty Markionneni cırnatmamalıdır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Liberty Media Sercio Markionneni cırnatmamalıdır.

F-1.az xatırladır ki, Ferrari-nin prezidenti 2021-ci ildə qüvvəyə minəcək reqlamentdən narazı olduğu üçün idmandan gedəcəklərini deyib.

Toto Volff: “Markionneni cırnatmayın. Məncə, Formula1-in Ferrari-yə, Ferrari-nin də Formula1-ə ehtiyacı var. O da idmanın necə genlərə ehtiyacı olduğunu bilir. Məntiqsiz adam deyil. Əgər markası üçün lazımsız olduğunu görsə, gedəcək. Peşman da olmayacaq. Buna görə də onun əsəbləri ilə oynamayın”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*