F-1.az xəbər verir ki, Mercedes-in rəhbəri də Lyuis Həmiltonla işləməyə davam edəcəklərini bildirərək məsələni bağlayıb.
Toto Volff: “Şarlla yeganə söhbətim Melburn hava limanında oldu. Onunla təyyarəyə minmək üçün qapının harada yerləşdiyini müzakirə etdik. O, əla oğlandır və uzun müddət üçün komandanın radarında olmalıdır, qısa və ya orta müddət üçün deyil. Heç kim onun qabiliyyətinə şübhə etmir, amma o, Ferrari-yə 100% sadiqdir və biz də Lyuislə işləmək planımıza 100% sadiqik”.
Xatırladaq ki, keçən ilin əvvəlində titul uğrunda mübarizə aparacaq gücdə görünən Ferrari sonradan Red Bull-dan çox geri qalmış, bu mövsümə də zəif başlanğıc etmişdi. Bütün bunlar Leklerin komandadan ayrıla biləcəyi barədə şayiələrə səbəb olmuşdu.
Gənc sürücü özü bu xəbərləri təkzib edib, lakin bir müddət sonra nələrin baş verəcəyini hamımız görəcəyik…