F-1.az xatırladır ki, Mercedes komandasının qeyri-icraçı direktoru Monako yarışından əvvəl dünyasını dəyişmiş və “gümüşü oxlar” Monte Karlo küçələrində Lyuis Həmiltonla qalib gəlmişdilər.
Toto Volff: “Bu xəbər bizə pis təsir etdi. 2019-cu il bizim üçün çox çətin keçdi. Nikinin öldüyü Monako həftəsonu bizimçün çətin idi.
Hər gün onu düşünürəm və onun artıq komandada olmaması inanılmazdır. 2019-cu il bizimçün Nikini itirdiyimiz ildir. Niki ilə biz çox yaxın idik. O, mənim sirdaşım, dostum idi”.