T.Volff: “Lauda qayıdacaq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff əmindir ki, dostu və müəllimi Lauda bu il yenidən postuna qayıdacaq.

F-1.az xatırladır ki, üçqat Dünya Çempionuna yayda yeni ağciyər köçürülmüş və avstriyalı əfsanə Almaniya yarışından etibarən yarışları buraxmalı olmuşdu.

Toto Volff: “Qayıdacağına şübhə etmirəm. Keçən il komanda olaraq çətin mübarizə apardıq. Daha sonra Nikinin vəziyyətini öyrəndik. Əvvəl bəsit xəstəlik olduğunu zənn etdik, ancaq daha sonra Vyanada hər saniyəsi vacib olan əməliyyat keçirdi. Beş ildir onunla bu komandaya rəhbərlik edirik. Onun yoxluğunu ən çox mən hiss edirəm və buna görə də yeni mövsümü gözləyirəm. Qayıtması ilə bağlı yalnız özü və həkimləri açıqlama edə bilərlər. Gözləntiləri yüksəltmək istəmirik. Avstraliyada bir yerdə olmağı arzulayıram, lakin əsas sağlamlıqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*