F-1.az xatırladır ki, Bottas sonuncu Macarıstan yarışında Fetteli 20 dövrədən çox gerisində saxlayaraq, Həmiltonun qələbəsinə şərait yaratmışdı. Bu yarışdan sonra Volff sürücüsünə “yaxşı köməkçi” demiş və finlandiyalı sürücü buna görə incimişdi.
Toto Volff: “Bu mövzunun belə qabardılmasının səbəbi üz-üzə danışmamışdan əvvəl bunları deməyimiz oldu. Macarıstan yarışına ikinci yerdən başladı və çempionatdakı yerindən asılı olmayaraq, əsl köməkçi kimi yarışdı. İkinci pilot olduğu üçün demirəm. Yarışdakı vəziyyəti elə idi. Məncə, iki il ərzində Mercedes-dəki ən gözəl yarışı idi. Neçə dövrə vurduğunu bilmirəm, amma 50-55 dövrə o təkərlərlə sürdü. 25 dövrə Kimi və Fetteli arxasında saxlasa da, son 5 dövrə ona çətin oldu. Məyusam, çünki ikinci yerə layiq idi. Lyuisin fərqi açmasına kömək etdi”.