T.Volff: Komandalar çox şey əldən verir

Mercedes komandasının rəhbəri Mik Şumaxerə 2024-cü il üçün karyera variantları axtarmağa davam edir.

F-1.az bildirir ki, təcrübəli mütəxəssis hər dəfə alman sürücünü ictimaiyyət qarşısında tərifləyir. Toto bu dəfə həm də Mikin mövsümün ilk yarısında komandanın irəliləyişinə verdiyi töhfəni vurğulayıb.

Toto Volff: “Mən başa düşmürəm ki, Mikə sükan arxasında necə yer tapacağıq, çünki hər dəfə onun haqqında yaxşı danışmağa başlayanda kimsə mütləq onun haqqında mənfi bir şey deyəcək. Bununla belə, mən hələ də Miki tərifləməyə davam etməliyəm və məhz bunu edirəm. Hər komandanın öz heyət qərarını vermək hüququ var və mən onların müqavilələrinə hörmət edirəm. Amma düzünü desəm, hesab edirəm ki, komandalar Miki buraxmaqla çox şey əldən verirlər.

Düşünürəm ki, keçən il o, çox çətin günlər keçirdi. Uğurlu olmaq üçün hər bir sürücü üçün fərqli olan düzgün mühit yaratmaq lazımdır, çünki bütün insanlar fərqlidir. Kim Mikə belə şərait yarada bilsə, çox yaxşı sürücü əldə edəcək. Bəzi Avropa Qran Prilərində o, gecə simulyatorda işləyirdi, ona görə də şənbə səhərləri bizə lazım olan məlumatlara sahib idik və bu, bizə böyük üstünlük verirdi.

Əgər Corc və ya Lyuis balıqdan zəhərlənirsə – yaxşı, Lyuis balıqdan zəhərlənməsə də, avokadodan zəhərlənə bilər – onda biz bilirik ki, bizdə əla əvəzedici sürücü var. Komandanın xeyrinə simulyatorda işləyən Mikin vəziyyəti nə qədər xoşuma gəlsə də, yenə də onun sükan arxasında əsas pilot kimi əyləşməsinə üstünlük verərdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*