Toto Volff:“Biz özümüzü qorumalıyıq və bu, təkcə mənə yox, performansı qorumaq üçün yarış komandasının hər bir fərdinə aiddir. Mən 24 Qran Pridə iştirak edə bilərəm, hamı bunu edə bilər, amma bunun mənası varmı? Mexaniklərimiz, mühəndislərimiz və marketoloqlarımızın əksəriyyəti üçün səyahət daha streslidir, ona görə də bir az rotasiya lazımdır. Mənim edəcəyim şey, hər kəs üçün yarışların sayına sərt məhdudiyyət qoymaqdır və onu aşa bilməzlər. Çünki biz özümüzü qorumalıyıq. Bəziləri üçün həftə sonları daha çox olacaq, digərləri üçün isə daha az”.
T.Volff komanda üzvlərinə səfər limiti tətbiq edəcək
F-1.az xəbər verir ki, Mercedes komandasının rəhbəri komanda üzlərinin növbəti - tarixin ən uzun mövsümündə müəyyən fasilələrə ehtiyaclarının olacağını hesab edir.