F-1.az xatırladır ki, Mercedes-in sürücü proqramında iştirak edən fransalı sürücü gələn ildən etibarən Force İndia-da yarışacaq.
Xatırladaq ki, 20 yaşlı sürücü Belçika QP-dən etibarən Manor komandasında çıxış edirdi.
Toto Volff daha əvvəl GP3 və F3-də çempion olan Okonun istedadlı sürücü olduğunu qeyd edib: “Estebanın aşağı seriyalarda təsiredici keçmişi var və boliddən kənarda da mükəmməl şəxsiyyətdir. Force İndia komandası gənc sürücülərlə həmişə yaxşı işləyib.
Bundan əlavə, istedadın pulu məğlub etdiyini görmək çox vacibdir. Gələn il Formula1-də bəzi güclü gəncləri görəcəyik və bu, idman üçün yaxşı xəbərdir”.