T.Volff: “İşin yarısını görmüşük”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Amerikada Mühəndislər Kubokunu qazansalar da, hədəflərinin sadəcə yarısına çatıblar.

F-1.az xatırladır ki, almaniyalılar ardıcıl 4-cü çempionluğunu qazanıb və Həmiltonla da ardıcıl 4-cü dəfə Sürücülər Kubokunu qazanmağa çox yaxındırlar.

Toto Volff: “Mühəndislər Kubokunda birinci olmağımıza baxmayaraq, hələ istədiklərimizin hamısını bacara bilməmişik. Əvvəlcə hər iki cəbhədə də çempion olmaq istəyirdik. Birincisini bacardıq. Amma Lyuisin də çempionluğu təmin etməsini gözləyirik. Əsas hədəfimiz onun qazanmasını təmin etmək olacaq. Avtoidmanda hər şey ola bilər və hər şey tərsinə dönə bilər. Buna görə də arxayın ola bilmərik. Meksikada Ferrari və Red Bull-la qələbə uğrunda mübarizə apara bilərik. Əsas məqsədimiz qalib gəlməkdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*