F-1.az xatırladır ki, AlphaTauri komandasının rəhbəri Frants Tost bu ilin sonundan təqaüdə çıxacaq. O, 2005-ci ildən bu vəzifədədir və hazırda peletonda ən uzunömürlü ikinci komanda rəhbəri sayılır. Gələn il onu Loren Mekis əvəz edəcək.
Tostun ayrılması ilə Kristian Horner ən uzunömürlü komanda rəhbəri olmağa davam edəcək. 2013-cü ilin yanvarında Mercedes-ə qoşulmuş Toto Volff isə bu sahədə ikinci yerdədir.
Lakin Toto zarafatca bildirib ki, Hornerin getməsini istəyir: “Əvvəlcə Tost haqqında bir söz demək istəyərəm, çünki ikimiz də avstriyalıyıq və bir keçmişimiz var.
İkimiz də Red Bull Rinq-də yarışmağa başladıq və ikimiz də eyni yarış məktəbində müəllimlik etdik. Təbii ki, Frants məndən 45 il əvvəl orada idi. Amma bir-birimizi bir neçə il fərqlə qaçırmışıq. Yəni ki, bir yerdə uzun illər qət etdik. Uzun illərdir burasa olan az adam var. Bütün uğurlarına görə təbrik edirəm”.
Daha sonra isə Toto rəqibi Hornerə bunları deyib: “Tamam, bundan sonra sən gedəcəksən, elə deyilmi? Bu mənim həyatımı asanlaşdırar”.