T.Volff: “Hər şey Rosberqin əlindədir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Niko Rosberqin Braziliyada çempion olma ehtimalı almaniyalını rahatlandırır.

F-1.az xatırladır ki, mövsümün bitməsinə iki yarış qalıb və Rosberq Həmiltonu 19 xal qabaqlayır. Bu isə o deməkdir ki, Rosberq Braziliyada qalib gəlsə, Həmiltonun nəticəsindən asılı olmayaraq, almaniyalı sürücü çempion olacaq.

Toto Volff: “Niko bunun xeyrini görə bilər, çünki çempion olmaq üçün bir qələbə bəs edir. Çempionluq artıq onun əllərindədir. Braziliyada qalib gəlsə, çempionluğu vaxtından əvvəl təmin edəcək.

Buna görə də hər şey maraqlı olacaq. Çempionatdakı vəziyyət azarkeşlər üçün mükəmməldir”.

Volff Rosberqin Meksika performansını dəyərləndirib: “Maks ona çatanda təzyiq altında idi, amma buna baxmayaraq, vəziyyətə yaxşı nəzarət etdi. Nikonun təzyiq altında yaxşı işlər gördüyünü bir neçə dəfə görmüşük. Bu onun ən güclü tərəflərindən biridir.

Nə qədər çətin olduğunu bilmirəm. Sadəcə proqnoz verirəm. Yarışları ikinci bitirməsi və yarışxarici qalmaması lazım idi. Bu cəhətdən əla işlər görür”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*