T.Volff: “Hər şey qaydasındadır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff əmindir ki, hər iki sürücüsü də yaxşı yola gedəcəklər...

F-1.az xatırladır ki, Mercedes Rosberqin istefasından sonra Williams komandasından Bottası transfer etmişdi. Amma həmişə qalmaqallar salmağı ilə seçilən Lyuis Həmiltonun atası Əntoni Həmilton finlandiyalının bostanına daş atmış və “Valtteri, diqqətli ol! Oğlum sənin karyeranı bitirə bilər” demişdi. Amma Bottasın cavabı gecikməmiş və 26 yaşlı sürücü dilini dinc qoymayan Əntoniyə – “Buyursun. Mən də özümün komanda yoldaşı olmaq istəməzdim” – demişdi.

Amma bu atmacalara baxmayaraq, Toto Volff aranı soyudub: “Sözün açığı, iki sürücünün arasındakı balansın qorunacağına inanıram. Hazırda komandamızda xarakter olaraq iki fərqli sürücü var. Düşünürük ki, bu, bizə problem olmayacaq. Valtteri Nikonu əvəzləyəcək sürücülərdən biri idi və biz də onunla müqavilə bağladıq. Performans cəhətdən Lyuislə bərabər olacağını gözləyirik. İndiyə qədər bir-birinə hörmət ediblər və bu çox vacibdir. Bir-birilə hər gün danışmasalar da olar”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*