F-1.az xatırladır ki, Rosberq son iki yarışa 19 xallıq üstünlüklə girir. Əgər almaniyalı bu həftəsonu Braziliyada qalib gəlsə, Dünya Çempionu olacaq.
Pəddi Lou: “Mövsümün sonuna 2 yarış qalıb və sürücülər çempionatında vəziyyət gərgindir. Hamı buna fokuslanıb, amm biz həmişəki kimi intizamlı formada yarışa hazırlaşacayıq. Sürücülərimizin ədalətli formada mübarizə aparmaları üçün onlara ən yaxşı vəsaitləri təqdim etməyə çalışacayıq”.
Toto Volff isə bildirib ki, Rosberq son 2 yarışda daha rahat olacaq: “Niko bilir ki, ona ikinci yer bəs edəcək. Artıq çempionluq onun əllərindədir. Braziliyada qazansa, çempion olacaq. Rosberq mövsümün ikinci yarısında təzyiq altında olmasına baxmayaraq, güclü idi. Amma artıq zehni cəhətdən daha yaxşı vəziyyətdədir. Onun Əbu Dabidə də şansı olacağı üçün daha az təzyiq hiss edəcək.
Eyni zamanda, Lyuis də çempionluq şansını davam etdirmək üçün nə etməli olduğunu bilir. Təslim olmayacaq. Onu güclü sürücü edən də bu amildir. O, 3 çempionluq və 51 qələbə qazanıb və daha artığını edəcək”.