T.Volff Həmiltonun uğurunun sirrini açıqlayıb

Mercedes Motorsport-un rəhbəri Toto Volff düşünür ki, Lyuis Həmiltonun üstün performansının səbəbi şəxsi həyatıdır.

F-1.az xatırladır ki, 2018-ci ildə beşinci çempionluğunu qazanan Həmilton eyni zamanda Tommy Hilfiger firmasının reklam simasıdır.

Toto Volff: “Həmişə inkişaf edir və yerində saymır. Hər sahədə inkişaf edir. Həm trasda, həm də trasdan kənarda. Tommy Hilfiger ilə tərəfdaşlığı var və çox uğurludur. Hilfiger geyim sektorunda uğurlu firmalardan biridir. Buna görə də ikinci bir məşğuliyyəti var və bu, hobbi deyil. Əsl idman adamıdır. Buna görə də xoşbəxtdir. Kimi Rəykkönen demiş – əsas xoşbəxt olmaqdır. Xoşbəxtsinizsə, performansınız yaxşılaşır”.

Xatırladaq ki, 2016-cı ilin sonunda Həmiltonla Volffun arası pisləşmiş, ancaq Rosberq komandadan ayrıldıqdan sonra araları düzəlməyə başlamışdı: “Lyuis ilə bir az vaxta ehtiyacımız var idi. 2016-cı ildən sonra aramız düzəldi. Ondan sonra bir yerdə daha gözəl vaxt keçirməyə başladıq. Biz bir-birimizə güvənməliyik və bu, çox vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*