T.Volff: “Həmiltonun bəxti gətirmir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, onlar Həmiltonun sıralanma turunda trasa çıxmasına icazə verməyən MGU-H probleminin səbəbini tapmalıdırlar...

F-1.az xatırladır ki, Həmilton Çində də sıralanma turunda MGU-H probleminə görə sürətli dövrə ata bilməmişdi. Komanda problemin izolyasiyadan yarandığını bildirmişdi. Amma Toto Volff bildirib ki, Rusiyada da eyni problemin yaşanması qəbul olunmazdır: “Çox qəribədir. Çünki Çində də eyni problemlə qarşılaşdıq. Probelmin səbəbini yenidən araşdıracayıq. Deyəsən, problem təkcə MGU-H-da deyil.

Avtoidman yarışlarında bu cür hadisələrin olması labüddür. Amma bu problemin yenidən Lyuisin başına gəlməsi heç də yaxşı olmadı. Lyuis Həmiltonun bu il bəxti gətirmir, amma, deyəsən, Niko buna layiqdir”.

Volff Həmiltonun sıralanma turundan sonrakı emosionallığından da danışıb: “Lyuis bu il yaxşı performans göstərir, amma bəxti gətirmir.

İşlər çətinləşir, ancaq anlayışla qarşılayacağını bilirəm. Amma indi əsəbi olmağı normaldır.

Bolidin tempinə görə çox güclüyük və bizim bu mövsüm ən güclü olduğumuz yarış oldu. Kaş, Həmiltonla Rosberq poul uğrunda mübarizə aparsaydılar. Qəribə hissdir. Problem təkcə Həmiltonun bolidində deyil, çünki Nikonun da bolidində eyni sistem qurulub”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*