F-1.az xatırladır ki, 2016-cı il mövsümü Həmilton üçün pis başlayıb. Uğursuzluqlar Soçidə də davam edib. Britaniyalı sürücü sıralanma turunda ERS-lə bağlı problem yaşayıb və komanda yarış ərəfəsində bütün gecəni işləməli olub.
Həmilton yarışa 10-cu yerdən başlayıb və qəzalara görə startda bir neçə pillə irəliləyib. Britaniyalı sürücü birinci pit-stopdan sonra 2-ci yerə yüksəlib.
Lyuis Həmilton bütün problemlərə baxmayaraq finiş görə bilib. Toto Volff isə hHəmiltonun finiş gördüyü üçün şanslı olduğunu qeyd edib: “Komanda əla işlədi və bütün gecə işləyərək bolidi yaxşı vəziyyətə gətirdilər.
Yarışda pit-stopdan sonra suyun təyziqi düşdü.
Problemin hardan əmələ gəldiyini tam bilmirik. Bunun üzərində işləyəcəyik və əsas odur ki, Həmilton yarışı finişə qədər gətirdi və podium qazandı”.